RU

Gürcüstanın Baş naziri: Azərbaycanla Ermənistan üçün tarixi anı alqışlayırıq

ain.az, Sherg.az saytına istinadən bildirir.

“Gürcüstan Ermənistanla Azərbaycan, region və bütün dünya üçün tarixi anı alqışlayır”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “X” hesabında yazıb.

O, ABŞ Prezidenti Donald Trampı, Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı uğur münasibətilə təbrik edib.

Baş nazir qeyd edib ki, tərəflər arasında dönüş nöqtəsi olan sülh razılşmasının əldə olunması bölgənin sabitliyi və iqtisadi inkişafı üçün yeni dövrün başlanmasıdır.

“Gürcüstan hər zaman regional sülh və əməkdaşlığın tərəfdarı olub və onu yorulmadan dəstəkləməkdə davam edəcək”, - İ.Kobaxidze yazıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
74
44
sherg.az

10Источники