RU

Sumqayıta naməlum varlıqların hücumu – Nə baş verir?

Sumqayıtda ağacları təhlükəli hesab edilən qurdlar basıb. Məlumata görə, mənşəyi bilinməyən qurdlar kütləvi şəkildə artaraq yaşayış sahəsinə doğru hərəkət etməyə başlayıblar.
 

Sakinlər son günlərdə bu canlıların həyət boyu sürünərək pilləkənlərin altına, giriş hissələrə və evlərin içərisinə qədər gəlib çıxdıqlarını bildirirlər. Mövsümə görə bəzi aylarda bir sıra həşəratların yaşayış yerləri və açıq əkin sahələrinə hücumu müşahidə olunur.


Əvvəllər respublikanın müxtəlif bölgələrində bununla bağlı qabaqlayıcı tədbirlər görülür – binaların yeraltı qovşaqları dərmanlanır, ağacların köklərinə bir sıra məhlullar çəkilirdi.

Hazırda bu tədbirlər hansı səviyyədə davam etdirilir?

Ümumiyyətlə, bu kimi halların qarşısının alınması üçün nə kimi tədbirlər görülür və görülməlidir?

Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, şəhər ekologiyası artıq pozulmuş ekosistem hesab olunur və canlı təbiətin bir hissəsi kimi qiymətləndirilə bilməz:

“Burada ekoloji proseslər xaotikdir, vahid ekosistem anlayışı və yanaşması mövcud deyil.

Nəticədə biomüxtəlifliyin strukturu və qida zəncirinin iyerarxiyası da pozulur.
 

Cari mövsümdə havaların rütubətli keçməsi və ardınca temperaturun yüksəlməsi bəzi həşərat növlərinin kütləvi artımına və ya miqrasiyasına səbəb olub. Bu hal təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif regionlarında müşahidə olunur və şəhər təsərrüfatına, yaşayış mühitinə, eləcə də kənd təsərrüfatına mənfi təsir göstərir”.


Ekspert qeyd edib ki, müvafiq qurumlar şəhər təsərrüfatında dərmanlama işləri aparmalı, park və yaşıllıq sahələrində aqrotexniki qulluqla bu təsirləri minimuma endirməyə çalışmalıdır:

“Regionlardakı meşələr, milli parklar və qoruqlar isə Ekologiya Nazirliyinin tabeliyindədir.
 

Bu ərazilərdə ziyanvericilərə qarşı mübarizə və epidemioloji vəziyyətə nəzarəti nazirlik həyata keçirməlidir. Qeyd edim ki, əvvəllər nazirliyin nəzdində bu sahədə ixtisaslaşmış mərkəz mövcud idi, lakin qeyri-effektiv idarəçilik səbəbindən fəaliyyəti dayandırılıb.


Ekosistemlərdə qida zəncirinin pozulması nəticəsində bəzi həşəratların təbiətdəki bioloji düşmənləri, məsələn, quşlar, sürünənlər və amfibiyalar, onların sayını tənzimləyirdilər.

Lakin ekologiyanın pozulması və ətraf mühitin çirklənməsi nəticəsində quş növlərinin sayı azalmış, bəzi növlər isə qırmızı kitaba düşərək məhv olub”.

Bizim.Media

Избранный
78
36
bizim.media

10Источники