"Milan"ın müdafiəçisi Malik Tiav "Nyukasl"a transfer olmaq üzrədir.
Offsideplus.az xəbər verir ki, "sağsağanlar" 24 yaşlı futbolçu üçün İtaliya nəhənginə bonuslarla birlikdə 40 milyon avro ödəyəcək.
Bu barədə italiyalı jurnalist Daniele Lonqo məlumat yayıb.
Keçidin 1-2 gün ərzində tamamlanacağı gözlənilir.
Tiav 2022-ci ildən "Milan"da çıxış edir. O, burada 85 oyuna çıxıb və 1 qol vurub.