RU

Baş məşqçinin iki transfer istəyini yerinə yetirdi - “Barselona”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yay transfer pəncərəsində klub rəhbərliyindən cəmi iki yeni transfer tələb edib: biri Rafinya ilə rəqabət apara biləcək sol cinah hücumçusu, digəri isə əsas qapıçı.

Sportinfo.az “Sport” nəşrinə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcının hər iki istəyi artıq yerinə yetirilib.

Kataloniya klubu “Mançester Yunayted”dən Markus Reşfordu icarəyə götürüb. Əsas qapıçı məsələsi isə “Espanyol”un oyunçusu Xuan Qarsiyanın transferi ilə həll olunub.

“Barselona” avqustun 16-da La Liqa matçlarına start verəcək. Komanda ilk turda səfərdə “Malyorka” ilə qarşılaşacaq.

Bundan əvvəl, avqustun 10-da onlar “Joan Gamper” kubokunun finalında “Komo”ya qarşı oynayacaqlar.

Избранный
19
sportinfo.az

1Источники