RU

Makron: Avropa Ukraynadakı sülh prosesində fəal iştirak etməlidir

BAKI, 9 avqust.TELEQRAF.

Avropa Ukrayna münaqişəsinin həllində fəal iştirak etməlidir.

Teleqraf xəbər verir ki, bu fikri Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merz və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra bildirib.

"Ukraynanın gələcəyini ukraynalılar özləri olmadan həll etmək olmaz", - Fransa lideri X-də yazır. "Avropalılar da əlbəttə ki, həllin bir hissəsi olacaqlar, çünki bu, öz təhlükəsizliyindən gedir".

Makron həmçinin əlavə edib ki, Paris, Berlin və London “istəklilərin koalisiyası” çərçivəsində görülən işlərə əsaslanaraq “Ukraynanı dəstəkləməyə davam etməkdə qərarlıdırlar”.

Избранный
43
16
teleqraf.com

10Источники