RU

"Mançester Yunayted" Şeşkonu transfer etdi

İngiltərənin "Mançester Yunayted" klubu Almaniya "Leypsiq"indən Benjamin Şeşkonu transfer etdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Mançester təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Qırmızı şeytanlar" sloveniyalı hücumçu ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Benjamin Şeşko 2023-cü ilin yayından "Leypsiq"də idi. O, son mövsüm ərzində iştirak etdiyi 45 matçda 21 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
22
1
unikal.az

2Источники