RU

Lerikdə irigövdəli ağacın budağı 51 yaşlı kişinin üzərinə düşdüVİDEO

Üzərinə ağac budağı düşən Lənkəran sakini dünyasını dəyişib.

Xezerxeber.az xəbər verir ki, bədbəxt hadisə Lerik rayonunun Gürdəsər meşəsinin 9-cu dolayında baş verib. Lənkəranın Diryan kənd sakini, 51 yaşlı İbrahim Ağayev şəhid ailələri üçün ayrılan kvota ilə meşəyə odun gətirməyə gedib. Meşə ərazisində odun doğrayarkən yaxınlıqdakı ağacın iri budağı onun üstünə aşıb və İbrahim Ağayev ağır xəsarət alıb.

Yolsuzluq şəraitinə görə, təcili tibbi yardım briqadası əraziyə çatana qədər İbrahim Ağayev dünyasını dəyişib.

Meyit daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
13
xezerxeber.az

1Источники