RU

Kömək etmək istədi, canından oldu... - TƏFƏRRÜATLARVİDEO

Ağdaşda kişini elektrik cərəyanı vurub.

Xezerxeber.az xəbər verir ki, bədbəxt hadisə rayonun Xosrov kəndində qeydə alınıb. Traktorun təmiri zamanı açıq vəziyyətdə qalan elektrik naqilinə toxunan 35 yaşlı Saleh Tahirov ağır xəsarət alıb.

Yaralıya hadisə yerindəcə ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Yaxınları deyir ki, mərhum kənddə gündəlik işi ilə ailəsini dolandırırdı.

Saleh Tahirovun meyiti Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
19
xezerxeber.az

1Источники