"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Masaki Murata gənclik şəhəri təmsilçisinə qayıdıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Murata 2023-24 mövsümündə "Sumqayıt"ın formasını geyinib. O, son mövsümü Danimarkanın "Vayle" klubunda keçirib.