RU

Vaşinqton görüşü nəyi dəyişəcək?VİDEO

Sülh, inkişaf, Zəngəzur dəhlizi, MİNSK  qrupunun ləğvi, 907-ci düzəlişin dondurulması....

Xezerxeber.az xəbər verir ki, tarixi Vaşinqton görüşündə mühüm qərarlar qəbul edildi, birgə bəyanatla çıxış edən liderlər memorandum da imzaladılar.

Donald Trampın dəvəti ilə Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri təkcə ikitərəfli münasibətlərin yeni mərhələsini deyil, eyni zamanda bütün Cənubi Qafqazın siyasi xəritəsində baş verən ciddi dəyişiklikləri də ifadə edir. Üstəlik, Vaşinqtonda Ermənistan baş naziri Nikol Paşinyanın da olması diplomatik manevrlərə iki paralel xətt qazandırdı: biri sırf Bakı- Vaşinqton platforması, digəri isə Bakı- İrəvan danışıqları.

Xezerxeber.az-ın xəbərinə görə, politoloq Elçin Alıoğlunun sözlərinə görə, dünən Vaşinqtonda imzalanan Azərbaycan, Ermənistan və ABŞ arasında Birgə Bəyannamə sıradan protokol sənədi deyil. Bu, əslində çoxqatlı siyasi-iqtisadi sazişdir ki, burada regionun yeni güc balansı, oyun qaydaları və xarici aktorların rolu konkret bəndlərlə təsbit olunur. Görüşdə ən əsas məqam - Bakı ilə İrəvan arasında gələcək sülh müqaviləsin mətninin paraflanmasıdır. Sənəddə qeyd olunan "ratifikasiya zərurəti" prosesi mərhələli şəkildə bağlayır və Ermənistanın Konstitusiyasında dəyişiklik aparmaq şərtini rəsmi şəkildə sənədləşdirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
11
xezerxeber.az

1Источники