Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli”nin sabiq futbolçusu Xəzər Mahmudov yenidən əyalət klubuna qayıdıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
Xəzər Mahmudov 2023/2024-cü illər mövsümündə də “İmişli”də oynayıb. Onun son klubu Azərbaycanın Birinci Liqa təmsilçisi “Baku Sportinq” olub.
“İmişli” daha öncə Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Ronaldo Rodriqes, Rafael Vyeqas, Hüseynəli Quliyev, Ezekiel Morqan, Nikola Karaklayiç, Juninyo, Yav Mozes və Tuncay Yusiflini də heyətinə qatmışdı.
Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka, Vüsal Qənbərov, Dioqo Vaskes Rollo, Elmir Rəhimzadə və Lətif Rzayevlə də yeni müqavilə imzalanıb.
Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike, Xəyal Tomarov, Cavidan Qasımlı və Rəhim Osman isə komandanı tərk ediblər.