RU

Donnarumma “Mançester Yunayted”ə keçmək istəyir

Fransanın PSJ klubunun qapıçısı Cianluici Donnarumma gələcək karyerası ilə bağlı qərarını verib.

90deqiqe.Az-ın "Centre Devils"ə istinadən məlumatına görə,  “qırmızı şeytanlar”ın rəhbərliyi artıq qolkiperin keçidi üçün danışıqlara start verib. Klub rəsmiləri Donnarumma ilə müqavilə şərtlərini müzakirə etmək üçün görüş keçiriblər.

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim növbəti mövsümdə Andre Onananın xidmətlərindən imtina etməyi planlaşdırdığı üçün Donnarummanı heyətdə görmək istəyir.

İtaliya millisinin üzvü İngiltərənin “Mançester Yunayted” klubuna transfer olunmaq arzusundadır.

Geridə qalan mövsümdə Donnarumma PSJ-nin heyətində 40 oyun keçirib və onların 12-də qapısını toxunulmaz saxlayıb.

Избранный
10
14
90deqiqe.az

7Источники