RU

“Zirə” yoxlama oyununda “Şamaxı”ya məğlub oldu

2025/2026-cı illər mövsümünə hazırlığı davam etdirən “Zirə” və “Şamaxı” bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün “Azərsun Arena”da üz-üzə gəliblər.

Görüş şamaxılıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın heyətində qolları Karim Rossi və Andrey Tırkovyanu vurublar. Qəsəbə təmsilçisinin yeganə qolunun müəllifi ilə penalti zərbəsindən fərqlənmiş Ceyhun Nuriyev olub.

Xatırladaq ki, “Zirə” bu yay Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”a (Xorvatiya) uduzaraq mübarizəni dayandırıb.

“Şamaxı” isə yoxlama oyunlarında “Sumqayıt”a (1:0), “Kəpəz”ə (6:1), “Karvan”a (2:1) qalib gəlib, “Qəbələ”yə uduzmuşdu (1:2).

Избранный
17
2
arena.az

10Источники