RU

Duşan Tadiç BƏƏ klubunda

Serbiyalı cinah hücumçusu Duşan Tadiç “Fənərbağça”dan azad agent qismində Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vəhda” klubuna keçib.

Arena.az bu barədə “Əl-Vəhda”nın mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Tuşan Tadiç “Voevodina”nın məzunudur. Hücumçu, karyerası ərzində “Qroninqen”, “Tvente”, “Sauthempton”, “Aykas” və “Fənərbağça”da çıxış edib.

Geridə qalmış mövsümdə Tadiç “Fənərbağça” üçün 53 oyuna 13 qol və 18 məhsuldar ötürmə ilə fərqlənib.

Tadiç 2008-ci ilin dekabr ayında debüt etdiyi Serbiya yığmasının heyətində 111 oyuna 23 qol vurub, 40 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 36 yaşlı serb sağ cinah hücumçusunun transfer dəyərini 2,2 milyon avro məbləğində qiymətləndirir.

Избранный
89
3
arena.az

10Источники