RU

“Arsenal” İtan Nvaneri ilə müqaviləsini yenilədi

“Arsenal” rəhəbərliyi “topçular”ın 18 yaşlı ingiltərəli sağ cinah hücumçusu İtan Nvaneri ilə müqaviləsinin yeniləyib.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Yenilənmiş müqavilənin müddəti açıqlanmayıb.

İtan Nvaneri “Arsenal”ın məzunudur.

Hücumçu ötən mövsüm “topçular” üçün 37 oyuna 9 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Nvaneri İngiltərənin U-16, U-17, U-18, U-19 və U-21 komandalarına cəlb edilib, “üç şir”in əsas yığmasına isə çağırış almayıb.

“Transfermarkt” internet-portalı 18 yaşlı ingiltərəli sağ cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Избранный
38
arena.az

1Источники