RU

Azərbaycan diplomatiyasının parlaq və tarixi qələbəsi - Xanlar Fətiyev

Bakı. Trend:

Torpaqlarımızın işğaldan azad edilməsinin, ərazilərimizdə erməniseparatizminə son qoyulmasının müəllifi olan cənab Prezident İlhamƏliyev Azərbaycanın növbəti möhtəşəm uğuruna imza atdı.Dövlətimizin başçısının, ABŞ Prezidentinin və Ermənistanın başnazirinin Vaşinqtonda keçirdikləri görüşün nəticələrinə dairimzaladıqları Birgə Bəyannamə sülhə gedən yolda irəliyə doğruatılan mühüm addım olmaqla, Azərbaycan diplomatiyasının parlaqqələbəsi kimi tarixə düşdü.

Öncə onu qeyd etmək istərdim ki, ABŞ vaxtı ilə avqustun 8-dəkeçirilən bu görüş çərçivəsində Azərbaycan və Ermənistanın xariciişlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və ErmənistanRespublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsisedilməsinə dair Saziş”in layihəsi paraflandı. O cümlədən ikiölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk qrupunun vəonunla əlaqəli strukturların bağlanması barədə ATƏT-in fəaliyyətdəolan sədrinə birgə müraciət imzalandı. Məlum olduğu kimi Azərbaycanərazilərinin işğaldan azad edilməsindən sonra fəaliyyətinidayandırmış Minsk qrupunun hüquqi baxımdan da ləğvi Azərbaycanınsülh sazişinin imzalanması müstəvisində irəli sürdüyü ikifundamental şərtdən biridir. Bu baxımdan Vaşinqtonda bununla bağlıiki ölkə arasında razılığın əldə olunması və ATƏT-in fəaliyyətdəolan sədrinə birgə müraciətin edilməsi ilə sülhə gedən yolda olanəsas manelərin biri aradan qaldırılır. Minsk qrupunun rəsmən ləğvedilməsi keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin “sənədli-sübutlu”tamamilə bağlanması deməkdir. Bu, Azərbaycan üçün tarixiuğurdur.

Birgə Bəyannamədə bu məsələlər, habelə Azərbaycanla Ermənistanarasında sülhün təmin olunması və dövlətlərarası münasibətlərinyaradılmasında qarşıda duran və yerinə yetirilməsi vacib olanfundamental vəzifələr yer alıb. ATƏT-in bütün iştirakçıdövlətlərini ATƏT-in fəaliyyətdə olan sədrinə edilən müraciətiqəbul etməyə çağıran Birgə Bəyannamənin müəllifləri həmçinin,regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazibütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin vərifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli vəbeynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyalarınaçılmasının əhəmiyyətini bir daha təsdiq etdilər. Bununla daAzərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasındamaneəsiz bağlantınının yaradılmasını Ermənistan öz üzərinə konkrethüquqi öhdəlik olaraq götürdü.

Təxminən 5 ilə yaxın müddət ərzində Ermənistankommunikasiyaların açılmasını yubatsa da, “Sülh kəsişməsi” adlıutopik təşəbbüs irəli sürərək avantüra ilə məşğul olsa da,Azərbaycan ən böyük tarixi məqsədlərindən birini - Zəngəzurdəhlizinin açılmasını təmin etdi. “Tramp yolu” adlanmasınabaxmayaraq, aydın məsələdir ki, söhbət Zəngəzur dəhlizindən gedirvə və Azərbaycan ilk gündən Naxçıvanla bağlı təkid etdiyi maneəsizgediş-gəlişə nail olur.

Vaşinqtonda sülh sazişinin layihəsinin paraflanması, Minskqrupunun ləğvinə dair birgə müraciətin edilməsi, kommunikasiyalarınaçılmasına dair razılığın əldə olunması Azərbaycanın bir neçə ildirki, həyata keçirilməsinə çalışdığı məsələlərdir. Hansı ki, bunlar44 günlük müharibədən sonra rəsmi Bakının Ermənistana təqdim etdiyisülh prinsiplərində də öz əksini tapıb. Bu baxımdan Vaşinqtondaəldə olunan bütün razılaşmalar Azərbaycanın İkinci Qarabağsavaşından dərhal sonra bəyan etdiyi sülh niyyətinin və sülhuğrunda irəli sürdüyü şərtlərin həyata vəsiqə almasının barizifadəsidir. Vaşinqton görüşünün nəticələri həm də onu göstərir ki,Prezident İlham Əliyevin sülh uğrunda qətiyyətli addımlarının vəmövqeyinin nəticəsi olaraq Ermənistan Azərbaycanın şərtlərini qəbuletdi. Sülh sazişinin paraflanması ilə Azərbaycan həm də beynəlxalqmüstəvidə antiazərbaycançı siyasi dairələri, xüsusən “AzərbaycanZəngəzuru tutacaq” deyib gecə-gündüz ölkəmizə iftira yağdıranlarınəlini-qolunu bağladı, onların arqumentlərini əllərindən aldı,beynəlxalq imicini daha da yaxşılaşdırdı.

Vaşinqton görüşünün nəticələri Prezident İlham Əliyevin – dahisiyasət qrosmeysterinin sülhə gedən yolda qələbə ilə başa vurduğunövbəti uğurlu partiyadır. Müzəffər Ali Baş Komandan əvvəlcəsərkərdə qətiyyəti ilə torpaqlarımızı işğaldan azad etdi. Buzəfərin davamı kimi Qarabağdakı erməni separatizminə son qoydu,Qazax rayonunun işğal altında qalan 4 kəndini geri aldı, bütünərazilərimiz üzərində milli suverenliyimizi təmin etdi,Ermənistanla dövlət sərhədinin demarkasiya və delimitasiyasınıbaşlatdı. Bu gün isə Azərbaycan 5 ilə yaxındır ki, sülh prosesindənmüxtəlif bəhanələrlə yayınan Ermənistanı sülh sazişinin mətni ilərazılaşmağa və digər şərtləri yerinə yetirməyə məcbur edir. Bununlada müharibədə qalib gəlmiş Prezident İlham Əliyev həm də sülhüqazandı. Respublikamızın bütün milli maraq və mənafeləriniqətiyyətlə, təmkinlə və ardıcıllıqla təmin edən MüzəffərPrezidentimizin liderliyi ilə yekun sülh sazişinin imzalanacağıtarix də uzaqda deyil.

Prezident İlham Əliyev Ağ Evdə mətbuata bəyanatla çıxışındabununla bağlı deyib:
«Bu gün həqiqətən də tarixi bir gündür. Bu gün biz Cənubi Qafqazdasülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda,bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhzTramp rifah və sülh marşrutu rabitə, əlaqələr baxımından divarlarıyox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçüninvestisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlaraçacaqdır».

Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəriAzərbaycan-ABŞ münasibətlərinin canlandırılması və yeni keyfiyyətmərhələsinə yüksəldilməsi baxımından da tarixi əhəmiyyət kəsb etdi.ABŞ-nin əvvəlki rəhbərliyinin dövründə Azərbaycana göstəriləndüşmən münasibətə görə iki dövlət arasındakı əlaqələr ciddi şəkildəzədələnmişdi. Bayden-Blinken administrasiyası Azərbaycanabeynəlxalq səviyyədə qara yaxmaq və gözdən salmaq üçün bütünriyakarlıqlara əl atır, respublikamızı Ermənistana hücuma cəhddəittiham edirdi. Hətta antiterror tədbirlərindən sonra AzərbaycandanABŞ-yə rəsmi nümayəndə heyətlərinin səfərlərini təxirə salmış,ölkəmizə qarşı sanksiyalar barədə düşünməyə başlamışdılar. LakinAzərbaycan bütün bu təzyiq cəhdlərinin qarşısında öz millimaraqlarından bir addım belə geri çəkilmədi, ləyaqli siyasətyürütdü.

Bu gün isə Azərbaycan-ABŞ münasibətlərində tamamilə yeni dövrbaşlayır. Prezident İlham Əliyevin səfəri zamanı imzalanmış“Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasındastrateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədiləStrateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan RespublikasıHökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında AnlaşmaMemorandumu” buna əyani sübutdur. İki dövlətin stratejitərəfdaşlığı enerji, ticarət və tranzitin də daxil olduğu regionalbağlantıları, süni intellekt və rəqəmsal infrasturukturun da daxilolduğu iqtisadi sərmayəni və təhlükəsizlik sahəsində əməkdaşlığıəhatə edəcək.

Prezident İlham Əliyevlə Donald Tramp arasında qurulmuş uğurluəməkdaşlığın nəticəsi olaraq bu səfər çərçivəsində ABŞ Prezidentitərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasınıdayandıran sənədin imzalanması isə respublikamızın millimaraqlarının təmin olunması baxımından Azərbaycanın mühüm siyasiuğuru oldu.

«Ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi, bunun məhz ofisdəmənim iştirakımla baş tutması, əlbəttə ki, çox rəmzi xarakterdaşıyır» - deyə Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanmətbuatına müsahibəsində deyib.

Müsahibəsində Vaşinqtona səfərin nəticələrindən çox məmnunqaldığını vurğulayan dövlətimizin başçısı əmin olduğunu bildiribki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzəverəcək. Bütövlükdə, Prezident İlham Əliyevin Vaşinqtona səfəriAzərbaycanın milli maraqlarının təmin olunması baxımından tarixisiyasi hadisəyə çevrildi. Bu səfər həm də onu növbəti dəfətəsdiqlədi ki, Ulu Öndər Heydər Əliyevin ideyaları, MüzəffərPrezidentimiz İlham Əliyevin qətiyyətli və müdrik siyasəti iləAzərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır, dövlətçiliksalnaməsini yeni uğurlarla zənginləşdirir

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Избранный
14
4
az.trend.az

2Источники