ABŞ dövlət katibi Marko Rubio Fransa prezidenti Emmanuel Makronu İsrail və HƏMAS arasında atəşkəs danışıqlarını pozmaqda ittiham edib.
News24.az Teleqraf-a istinadən xəbər verir ki, o, bu barədə "EWTN" kanalına açıqlamasında bildirib
Onun sözlərinə görə danışıqlar Makronun birtərəfli qaydada Fələstin dövlətini tanımaq qərarı verdiyi gün dayandırılıb. Bu addım HƏMAS-a “atəşkəs bağlamamağı və bunu qələbə kimi görməyi” stimullaşdırıb.
Rubio əlavə edib ki, Makronun açıqlamasından sonra bir sıra ölkələr də bu mövqeyə qoşularaq bəyan ediblər: “Əgər sentyabra qədər atəşkəs əldə olunmasa, Fələstin dövlətini tanıyacağıq”.
Xatırladaq ki, 8 avqustda İsrailin hərbi kabineti Qəzzanın tam işğalı planını təsdiqləyib. Bir gün əvvəl baş nazir Benyamin Netanyahu bütün anklav üzərində hərbi nəzarət qurmaq niyyətini açıqlamışdı.