RU

“Qalatasaray”ın hücumçusuna böyük transfer təklifi

Idmanxeber.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Səudiyyə Ərəbistanı klubundan “Qalatasaray”ın ulduz hücumçusu Barış Alper Yılmaz üçün 30 milyon avroluq rəsmi təklif.

İdmanxeber.az xəbər verir ki, adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu “Qalatasaray”ın 25 yaşlı hücumçusu Barış Alper Yılmaz üçün 30 milyon avro təklif edib. Futbolçunun İstanbul təmsilçisi ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər davam edir.

Bu mövsümün ilk oyununda meydana çıxan Barış Alper Yılmaz, 2 qol və 1 asistlə komandası üçün əvəzolunmaz oyun göstərib. Onun bu performansı transfer marağını artırıb və Səudiyyə klubunun təklif göndərməsinə səbəb olub.

“Qalatasaray” rəhbərliyi təkliflə bağlı hələlik rəsmi açıqlama verməyib. Futbolçunun gələcəyi ilə bağlı qərarın yaxın günlərdə dəqiqləşəcəyi gözlənilir.

Fərid Nəsibov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
1
idmanxeber.az

2Источники