
Roma Papası XIV Leo Azərbaycan və Ermənistan arasında sülhə dair bəyannamənin imzalamasını alqışlayıb.
Yeniavaz.com xəbər verir ki, o bu barədə ənənəvi bazar günü xütbəsi zamanı danışıb.
“Gəlin müharibələrin başa çatması üçün dua etməyə davam edək. Ermənistan və Azərbaycanın birgə sülh bəyannaməsi imzalamasını təbrik edirəm. Ümid edirəm ki, bu, Qafqazda möhkəm sülhün bərqərar olmasına xidmət edəcək”, – deyə pontifik bildirib.