RU

Adanalı nın Pınar ı tanınmaz halda Sənəti buraxıb makler oldu FOTO

ain.az, Milli.az portalına istinadən məlumat verir.

"Adanalı" serialında "Pınar" obrazı ilə tanınan Tuğçe Özbudak həm peşəsini, həm də görünüşünü dəyişib.

Milli.Az xəbər verir ki, bir dövr ATV-də yayımlanan və baş rollarında Oktay Kaynarca, Mehmet Akif Alakurt və Selin Demiratarın yer aldığı "Adanalı" serialında Pınar obrazını canlandıran aktrisa Tuğçe Özbudak son görüntüsü ilə hər kəsi təəccübləndirib.

Estetik əməliyyatlarını gizlətməyən Özbudak belə deyib:

"Əgər heç nə etdirməsəydim belə dəyişəcəkdim. Onsuz da etdirdiklərimi gizləmirəm. Burnumu, dodağımı etdirdim. Çənəmə dolğu vurdurdum. Botoks da etdirmişəm".

Sosial şəbəkədə onun son halını görən izləyicilər "Özünə nə edib belə?", "Tanımadım", "Tamamilə başqa biri olub" kimi rəylər yazıblar.

Paylaşılan fotolar qısa müddətdə minlərlə bəyəni toplayıb.

Görünüşündəki dəyişikliyi ilə gündəmə gələn Özbudak karyerasında da fərqli bir yol seçib. O, aktrisalıq fəaliyyətini dayandıraraq hazırda daşınmaz əmlak alqı-satqısı ilə məşğuldur.

Kənan

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
news.milli.az

1Источники