RU

“Florian Virtz Almaniyanın 2025-ci ilin Ən Yaxşı Futbolçusu Seçildi

Almaniyada 2025-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, bu dəfə ilin ən yaxşısı adına “Bayer”dən “Liverpul”a transfer olunan hücumameyilli yarımmüdafiəçi Florian Virtz layiq görülüb.

Sorğu nəticələrinə əsasən, Virtz 191 səs toplayaraq birinciliyi qazanıb. İkinci yerdə 81 səslə “Bavariya”nın yarımmüdafiəçisi Mixael Olize qərarlaşıb. Üçlüyü isə 71 səs toplayan “Ştutqart”ın hücumçusu Nik Voltemad tamamlayıb.

Fərid Nəsibov

Избранный
5
1
idmanxeber.az

2Источники