RU

Zinçenko “Arsenal”ı tərk edə bilər

“Arsenal” klubu müdafiəçi Aleksandr Zinçenkonun yay transfer pəncərəsində komandadan ayrılma ehtimalını nəzərdən keçirir.

90deqiqe.Az-ın "Il Mattino"ya istinadən məlumatına görə, “topçular” əvvəlcə 28 yaşlı futbolçu üçün 10 milyon funt sterlinq qiymət qoymuşdu, lakin maraqlanan klub tapılmayıb. İndi isə “Arsenal” ukraynalı futbolçunu pulsuz buraxmağa hazırdır, çünki onun müqaviləsi bir il sonra başa çatacaq.

Həmçinin, mənbə xəbər verir ki, Zinçenko “Napoli”yə təklif olunub.

Zinçenko “Arsenal”da 2022-ci ilin yayından bəri çıxış edir. Ötən mövsüm bütün turnirlərdə 23 oyuna çıxaraq 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Transfermarkt portalı onun dəyərini 20 milyon avro qiymətləndirir. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Избранный
15
90deqiqe.az

1Источники