RU

“Karvan-Yevlax” “Traktor”un yetirməsini heyətinə qatdı

“Karvan-Yevlax” növbəti transferini həyata keçirib.

Bakues.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, bölgə təmsilçisi iranlı mərkəz müdafiəçisi Səid İranxan ilə 1 illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu son olaraq ölkəsinin “Paykan” klubunda forma geyinib.

Qeyd edək ki, Səid İranxan karyerasına “Traktor” klubunda başlayıb. O, İranın U-21 və U-23 millilərinin formasını geyinib.

Избранный
11
1
icma.az

2Источники