“Kayzerslautern”də çıxış edən Mahir Emreli 2-ci Bundesliqada “Şalke”yə qalib gəldikləri oyunun asan olmadığını bildirib.
Arena.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Forvard 2-ci turun qarşılaşmasında onlara dəstək olmuş azarkeşləri də unutmayıb:
“İlk qələbə heç vaxt asan əldə olunmur. Lakin inanılmaz dərəcədə vacibdir. Böyük dəstəyə görə təşəkkür edirəm”.
Xatırladaq ki, Mahir “Şalke”yə 1:0 hesabı ilə qalib gəldikləri matça ilk “11-lik”də başlayıb və 72-ci dəqiqədə əvəzlənib.