RU

Türkiyədə üç yanaşı fabrik yanır

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Kocaeli vilayətində sənaye, mətbəx avadanlığı istehsal edən fabrik yanır.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, hadisə Darıca rayonunda qeydə alınıb

Məlumata görə, yanğın qısa zamanda genişlənib və alov yaxınlıqdakı iki fabrikə də sıçrayıb.

Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Tüstüdən zəhərlənən bir yanğınsöndürən Darıca Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Yanğının səbəbi məlum deyil.

Hadisə ilə bağlı araşdırma başladılıb.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
152
50
cebheinfo.az

10Источники