RU

Mark Rütte: Ukraynaya silah tədarükü davam edəcək

BAKI, 10 avqust. TELEQRAF

Ukraynaya Amerika silahlarının tədarükü, ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında 15 avqustda Alyaskada keçiriləcək görüşün nəticəsindən asılı olmayaraq davam edəcək.

Teleqraf xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte “ABC News” telekanalına müsahibəsində bildirib.

"Beləliklə, artıq ilk iki paketimiz var ki, bunlara görə öhdəlikləri Niderland və Skandinaviya ölkələri üzərinə götürüb. Mən yaxın günlərdə və həftələrdə daha çox elanlar gözləyirəm. Bu, son dərəcə vacibdir", - Rütte əlavə edib.

Избранный
49
10
teleqraf.com

10Источники