Bu gün “Çelsi” ilə “Milan” arasında yoldaşlıq oyunu keçirilib.
QOL.az xəbər verir ki, görüş Londondakı "Stemford Bric" stadionunda təşkil olunub.
Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunun 5-ci dəqiqəsində “Milan”ın müdafiəçisi Andrey Kubiş topu öz qapısından keçirib. 8-ci dəqiqədə “Çelsi”nin hücumçusu Joao Pedro hesabı 2:0 edib. 18-ci dəqiqədə isə Kubiş birbaşa qırmızı vərəqə alaraq qonaqları azlıqda qoyub.
67-ci dəqiqədə Liam Delap penaltidən fərqlənərək hesabı 3:0-a çatdırıb. 70-ci dəqiqədə “Milan”ın yarımmüdafiəçisi Yussuf Fofana fərqi azaldıb – 3:1. 90-cı dəqiqədə isə Delap dublunu rəsmiləşdirərək görüşün yekun nəticəsini müəyyənləşdirib – 4:1.