RU

Türkiyədə 6,1 maqnitudalı zəlzələ olub, dağıntılar var - Yenilənib

Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində bir sıra binalar dağılıb... 

“Report”xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Zərərçəkən binaların görüntüləri yerli mediada yayılıb. Dağıntıların altında insanların qalıb- qalmaması barədə hələ məlumat yoxdur.
Qeyd edək ki, təbiət hadisəsi Sındırğı rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Qeyd edilir ki, təbii hadisələr 4.6 və 4.3 maqnitudada qeydə alınıb.

***

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib.

APA AFAD-a istinadən xəbər verir ki, təkanlar İstanbul da daxil olmaqla, Marmara bölgəsinin bir çox yerində hiss olunub.

Məlumataa görə, zəlzələ yerli vaxtla saat 19:53-də qeydə alınıb və yerin 11 kilometr dərinliyində baş verib.

Poliqon.info

Избранный
65
50
poliqon.info

10Источники