RU

Papa Leo: Birgə Bəyannamənin Cənubi Qafqazda sabit və davamlı sülhə töhfə verəcəyinə ümidvaram

Vatikan, 10 avqust, AZƏRTAC

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo avqustun 8-də ABŞ-ın himayəsi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannaməni alqışlayır.

AZƏRTAC xəbər verir ki, pontifik ənənəvi “Angelus” duası zamanı Birgə Bəyannamənin davamlı sülhə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

“Bunun (Birgə Bəyannamənin) Cənubi Qafqazda sabit və davamlı sülhə töhfə verəcəyinə ümidvaram”, - deyə Roma Papası vurğulayıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Избранный
114
5
azertag.az

6Источники