RU

Misir ölkədən çıxarılmış 13 artefaktı Almaniya və Britaniyadan geri qaytarıb

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Misir vaxtilə ərazisindən çıxarılmış 13 artefaktı Almaniya və Böyük Britaniyadan geri qaytarıb.

“Report” xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.

Britaniya Yeni Krallığın (e.ə. 1550-1069) əhəngdaşı cənazə stelesini, fayans qabını, tunc tacın bir hissəsini, muncuqlu dəfn maskasını və bir sıra dəfn amuletlərini geri qaytarıb.

Naməlum mumiyanın kəllə və əli, eləcə də Qədim Misirdə həyatın simvolu olan ankx - amulet Almaniyadan qaytarılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
35
50
sherg.az

10Источники