RU

“ABŞ Rusiya sammitindən asılı olmayaraq, Ukraynaya silah tədarükü davam edəcək” NATO baş katibi

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Avqustun 15-də Alyaskada keçiriləcək ABŞ-Rusiya sammitinin nəticəsindən asılı olmayaraq, Avropa ölkələri hesabına Ukraynaya Amerika silahlarının tədarükü davam edəcək.

"Report"un xəbərinə görə, bunu NATO-nun baş katibi Mark Rutte Amerikanın “CBS News” telekanalına müsahibəsində deyib.

“Tamamilə doğrudur, onlar davam etdirəcəklər”, - o, bununla bağlı sualı cavablandırarkən deyib.

"Beləliklə, Niderlandın, daha sonra isə skandinaviyalıların üzərinə öhdəlik götürdüyü ilk iki paketimiz artıq var. Yaxın günlərdə və həftələrdə əlavə açıqlamalar gözləyirəm. Bu, son dərəcə vacibdir", - Rutte əlavə edib.

Amerikanın digər kanalı “ABC News”a müsahibəsində baş katib Rusiyanın bir sıra Ukrayna ərazilərinə faktiki nəzarətinin tanınmasının, lakin bunu hüquqi baxımdan rəsmiləşdirməməsinin vacibliyini qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
53
10
azpolitika.info

10Источники