RU

Mingəçevir anbarında suyun səviyyəsi bir metrədək AZALDI

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Mingəçevir su anbarında suyun səviyyəsi 80 santimetr - 1 metr aralığında azalıb.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, su anbarının yaxınlığında yaşayan sakinlər bildiriblər ki, yaz aylarında anbarda suyun səviyyəsi xeyli artıb. Hətta onların yaşadıqları evlərə qədər yaxınlaşıb. Havaların hədsiz isti keçməsi və yağıntının olmaması isə son 10 gündə Mingəçevir su anbarında suyun azalmasına səbəb olub.

Ərazidə yaşayanların sözlərinə görə, anbarda suyun səviyyəsinin artması müsbət hadisə olsa da, yay aylarında buraya sərinləməyə, çimməyə gələnlərə maneə yaradırdı. Suyun azalması ilə hazırda anbar ətrafında olan çimərliklər normal fəaliyyət göstərə bilir.

Ətraflı süjetdə:

Mingəçevir anbarında suyun səviyyəsi bir metrədək AZALDI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
5
oxu.az

8Источники