RU

Türkiyədə zəlzələ nəticəsində 81 yaşlı kişi ölüb, 30 yaxın yaralı var - YENİLƏNİB-1

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 29 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, dağıntılar altından çıxarılan 81 yaşlı kişi həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

***
22:37

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda zəlzələ nəticəsində çökən binada dağıntılar altında qalan 6 nəfərdən 5-i xilas edilib.

APA-nın xəbərinə görə, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Ali Yerlikaya dağıntılar altında qalan 1 nəfərlə bağlı axtarış-xilasetmə əməliyyatının davam etdiyini nəzərə çatdırıb.

***
22:07


Xəbər verdiyimiz kimi, Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib, bir bina çöküb.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, dağıntılar altından dörd nəfər çıxarılıb.

Избранный
126
34
apa.az

10Источники