RU

Avtomobil körpüdən aşaraq yandı, xəsarət alanlar var

Yazını böyüt
Yazını kiçilt

İsmayıllıda avtomobil körpüdən aşaraq yanıb.

Hafta.az xəbər verir, hadisə Göyçay çayının rayonun Qalacıq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsi körpüdə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil körpüdən aşıb və yanmağa başlayıb.

Hadisə zamanı avtomobildə olan 3 nəfər - Bakı şəhər sakinləri, Səmra Həsənli, Gülsüm Həsənova və Rüfət Həsənov xəsarət alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar və yanğın söndürülüb.

Xəsarət alanlar avtomobildən çıxarılaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Fakt araşdırılır.

Избранный
68
11
hafta.az

10Источники