RU

NATO baş katibi: “Tramp Putinə sülh niyyətləri üzrə ‘yoxlama’ keçirəcək”

NATO-nun baş katibi Mark Rutte bildirib ki, ABŞ prezidenti Donald Tramp 15 avqustda Alyaskada keçiriləcək sammit çərçivəsində Rusiya lideri Vladimir Putinə Ukraynada müharibəni dayandırmaq niyyətlərinin nə dərəcədə ciddi olduğunu yoxlamaq üçün “sınaq” təqdim edəcək. Bu barədə NATO rəhbəri bəyanatla çıxış edib.

Rutte bəyan edib ki, gələcəkdə aparılacaq sülh danışıqları mütləq şəkildə Ukrayna və Avropanın iştirakı ilə həyata keçirilməlidir:

“Sülh danışıqları, atəşkəs və ondan sonrakı mərhələdə – ərazilər, Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsində – Ukrayna iştirak etməlidir və iştirak edəcək.”

Baş katib qeyd edib ki, cümə günü baş tutacaq görüş Putinin sülhə dair nə qədər ciddi olduğunu anlamaq baxımından mühüm əhəmiyyət daşıyır:

“Və bunu müəyyən edə biləcək yeganə şəxs prezident Trampdır. Ona görə də bu görüşün keçirilməsi çox vacibdir. Bu, yekun qərar və ya son razılaşma olmayacaq”, – deyə Rutte əlavə edib.

Избранный
55
6
veteninfo.az

10Источники