RU

Türkiyədə daha bir neçə zəlzələ qeydə alınıb

Türkiyədə daha bir neçə dəfə zəlzələ olub.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, Balıkesirdə baş verən güclü zəlzələdən sonra təkrar təkanların qeydə alınması davam edir. Qeyd edilir ki, son 3 saat ərzində maqnitudası 1,5-4,4 olan 45-ə yaxın yeraltı təkan qeydə alınıb.

Zəlzələlərin ən güclüsü yerli vaxtla saat 04:55-də (Bakı vaxtı ilə saat 05:55) Balıkesir şəhərinin Sındırğı ərazisində qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, bazar günü axşam saatlarında Sındırgi ərazisində 6,1 bal gücündə zəlzələ baş verib. Təbiət hadisəsi nəticəsində 1 nəfər ölüb, 29 nəfər xəsarət alıb, 10-a yaxın bina dağılıb.

Избранный
49
20
ikisahil.az

10Источники