RU

Hacıqabulda traktorla minik avtomobili toqquşub

Hacıqabul rayonunda traktorla minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə gecə saatlarında Abdulabad kəndində qeydə alınıb. Hadisə nəticəsində, Qasımov Elnur Sakit oğlu, Babayev Bayram Müslüm oğlu və Babayev Müslüm Bayram oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Избранный
8
7
sia.az

4Источники