RU

Paytaxt məktəbləri üzrə 4 063 şagirdin yerdəyişmə sorğusu yerləşdirildi

BAKI, 11 avqust. TELEQRAF

Avqustun 11-nə (saat 10:00) olan məlumata əsasən, şagirdlərin yerdəyişməsi elektron xidməti (sy.edu.az) vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 4 063 sorğu yerləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 2025-2026-cı tədris ili üzrə ll-lX və Xl siniflər üzrə şagird yerdəyişməsi 5 avqust tarixindən sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir. X siniflər üçün isə 12 avqust saat 11:00-dan yerdəyişmə aktivləşdiriləcək.

Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Избранный
29
7
teleqraf.com

8Источники