Hacıqabul rayonunda traktorla minik avtomobili toqquşub.
Hadisə Abdulabad kəndi ərazisində qeydə alınıb.
Belə ki, "QAZ-31” markalı avtomobillə traktor toqquşub.
Qəza nəticəsində Abdulabad kənd sakinləri; 1984-cü il təvəllüdlü Qasımov Elnur Sakit oğlu, 1993-cü il təvəllüdlü Babayev Bayram Müslüm oğlu və 2016-cı il təvəllüdlü Babayev Müslüm Bayram oğlu müxtəlif xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.