RU

İsrailin Qəzza planı təsdiqləndi: Trampdan tam dəstək

İsrailin baş naziri Binyamin Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında Tel-Əviv rəhbərliyinin Qəzzanı işğal etmək qərarını müzakirə etmək üçün telefon danışığı aparıldığı bildirilir.

Turkustan.az xəbər verir ki, İsrail Baş Nazirlikdən verilən açıqlamada, Netanyahu ilə Trampın "məhbusları azad etmək və HƏMAS-ı məğlub etmək" üçün alındığı deyilən Qəzzanın işğalı qərarını müzakirə etdiyi bildirilib.

Netanyahunun Qəzzaya hücumları başlayandan bəri İsrailə verdiyi "sabit dəstəyi" üçün Trampa təşəkkür etdiyi bildirilir.

İsrail Təhlükəsizlik Kabineti avqustun 8-də Qəzzanın şimalındakı şəhərin işğalı planını təsdiqləyib.

Baş nazir Netanyahu Nazirlər Kabinetinin iclasından əvvəl Fox News-a verdiyi müsahibədə Qəzza zolağının hamısını işğal etməyi hədəflədiklərini söylədi.

Bununla belə, kabinet iclasından əvvəl mətbuatda işğal planına dair xəbərlər hücumların mərhələli şəkildə həyata keçiriləcəyinə işarə edirdi.

İşğalın ilk olaraq Qəzza şəhərində başlayacağı, hücumların daha sonra mərkəz hissədə fələstinli qaçqınların qaldığı düşərgələrə qədər uzanacağı bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
32
6
turkustan.az

7Источники