RU

XRİTDX 7 ay ərzində 1 milyondan artıq zərərli elektron poçtu bloklayıb » AzadMedia.az


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət informasiya ehtiyatlarının kibertəhdidlərdən mütəmadi və kompleks şəkildə qorunması istiqamətində fəaliyyət ardıcıl olaraq davam etdirilir.

Cari ilin yanvar-iyul ayları ərzində XRİTDX tərəfindən aparılan monitorinq və analizlər nəticəsində 573 kiberhücum indikatoru müəyyən edilib. Sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT (“Advanced Persistent Threat”) kiberhücumların qarşısı alınıb. Müəyyən edilmiş indikatorlardan 206-sı Xidmətin daxili araşdırmaları, 367-si isə dövlət qurumlarının müraciətləri əsasında aşkarlanıb.

XRİTDX-in daimi nəzarəti altında fəaliyyət göstərən dövlət elektron poçt xidməti üzrə bu ilin 7 ayı ərzində 7,455,124 elektron poçt emal olunub. Onlardan 6,103,281-i təhlükəsiz olduğundan istifadəçilərə çatdırılıb, 1,351,843-ü isə zərərli tərkibli müəyyən edilərək bloklanıb.

XRİTDX informasiya təhlükəsizliyi sahəsində davamlı və qabaqlayıcı tədbirlər həyata keçirməklə dövlət qurumlarının rəqəmsal mühitdə fasiləsiz və təhlükəsiz fəaliyyətini etibarlı şəkildə təmin edir.
Избранный
15
25
azadmedia.az

10Источники