RU

Zinçenko "Fənərbağça"ya keçə bilər

"Fənərbağça" "Arsenal" klubundan ukraynalı müdafiəçi Aleksandr Zinçenkonu transfer edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul komandasının baş məşqçisi Joze Mourinyo 28 yaşlı futbolçunun çox yönlü olmasını bəyənir.

Portuqaliyalı hesab edir ki, Zinçenkonu həm müdafiənin sol cinahında, həm də yarımmüdafiənin mərkəzində istifadə edə bilər.

Ötən mövsüm ukraynalı “Arsenal”ın heyətində 23 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Избранный
5
operativmm.az

1Источники