Türkiyənin Balıkəsir şəhərində dünən baş verən 6.1 bal gücündəki zəlzələnin şoku hələ də davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dağıntılara və insan itkisinə səbəb olan zəlzələdənsonra 100-dən çox silkələnmə yaşanıb.
Məlumata görə, Balıkəsirdə Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində 16 bina dağılıb: "Dağıntılar ərazinin hazırkı vəziyyətinin PUA ilə lentə alınmasından sonra aşkarlanıb".
Məlumata görə, zəlzələnin ardınca bölgə və ətraf şəhərlərdə 230-dən çox yeraltı təkanlar baş verib: "Zəlzələ hələ də fasilələrlə davam edir. İndiyədək Sındırgıda 1 nəfər ölüb, 29 nəfər yaralanıb. Ərazidə çoxlu sayda evə ciddi ziyan dəyib. Ölən şəxsuin 81 yaşı var. Hazırda çökən 16 binanın dağıntıları təmizlənir".
Firudin Səfərli
MİA.AZ