RU

“Trampın adını daşıyan yola müdaxilə etmək İranın intiharı olar” - Məhəmməd Əsədullazadə

Yazını böyüt
Yazını kiçilt

“ABŞ, Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə Birgə Bəyannaməsi Cənubi Qafqazda yeni geosiyasi proseslərin başlanğıcıdır. ABŞ Cənubi Qafqazda öz geosiyasi mövqeyini gücləndirməklə regionu Rusiya və İranın hərbi təhdidlərindən müdafiə edəcək. Məhz "Zəngəzur dəhlizinə" ABŞ-ın nəzarət etməsi fiziki olaraq bu regionda yerləşməsi deməkdir”.

Bunu hafta.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

M.Əsədullazadə vurğulayıb ki, İran ABŞ-ın Zəngəzur dəhlizinə nəzarətinə qarşı çıxır, amma Tehranın bu mövqeyi prosesləri dəyişmək gücündə deyil:

“Xüsusilə, Trampın adını daşıyan yola müdaxilə etmək, İranın intiharı olar. İranın Ali dini rəhbərinin müşaviri, mühafizəkar qanadın öncüllərindən olan Laricani "Zəngəzur dəhlizinə" qarşı olduqlarını və buna qarşı tədbirlər görəcəklərini bəyan edib. Ümumiyyətlə, İran 12 günlük müharibədə ABŞ-a məğlub olub. Demək olar ki, İran 12 iyundan əvvəlki mövqelərə sahib deyil. Eyni zamanda, İranın siyasi elitasında Zəngəzur dəhlizinə baxışda fikir ayrılıqları var. İslahatçı qanadı təmsil edən Prezident Məqsud Pezeşkian və onun hökuməti Zəngəzur dəhlizinin əleyhinə deyil. Amma mühafizəkar qanadı təmsil edən Ali dini rəhbər və ona bağlı olan qurumlar Zəngəzur dəhlizi əleyhinə sərt mövqe ortaya qoyub. İran regional proseslərə qarşı olmaqla, axına qarşı gedir. Nəticədə özü bir çox layihələrdən kənar qalır. Tehran rejimi və Rusiya çalışırdı ki, Cənubi Qafqazda status-kvo dəyişməsin. Bu dövlətlər Qarabağ müharibəsindən sonra geosiyasi reallıqları qəbul etmədilər. Həmçinin gedən siyasi prosesləri qiymətləndirə bilmədilər. Ona görə də Rusiya Ukraynada ilişib qalıb. İran da 12 günlük mühasirədə dövlət qüruru sındırılmış vəziyyətə düşdü”.

M.Əsədullazadə qeyd edib ki, ABŞ və İsrailin İrana növbəti hərbi əməliyyatları istisna deyil. Çünki Tehran rejimi nüvə proqramından əl çəkmir və Livan hizbullahına  maliyyə yardımını davam etdirir:

“İranın Zəngəzur dəhlizinə qarşı hərbi təzyiqləri Azərbaycan, Ermənistan və Türkiyəni qarşısına almış olar. Çünki  Ermənistan rəsmi şəkildə "Zəngəzur dəhlizinə" razılıq verib. İranın hərbi müdaxiləsi Ermənistan ərazisinə hərbi təcavüz olar. İranın Zəngəzur dəhlizinə maneə olmaq potensialı yoxdur. Ona görə də İran növbəti mərhələdə bu dəhlizdən istifadə etmək üçün danışıqlar aparacaq”.

Избранный
36
29
hafta.az

10Источники