Balıkesir vilayətinin Sındırgı rayonunda yerli vaxtla saat 08:21-də 3,6 bal gücündə zəlzələ baş verib.
ONN media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələdən sonra bölgədə afterşokların sayı 100-ü keçib.
Qeyd edək ki, ötən gün Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələ İstanbulla yanaşı, İzmir, Manisa, Bursa, Aydın, Muğla, Yalova, Əskişəhər və Ankarada da hiss olunub. Hadisə nəticəsində 1 nəfər həyatını itirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта