RU

İran Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını dəstəkləyən tərəf olub

Bakı. Trend:

İran bundan öncə də Azərbaycan və Ermənistanı sülh razılaşmasınıimzalamağa təşviq edən tərəf olub.

Trend-inməlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuatkatibi İsmayıl Bəqai bu gün (11 avqust) Tehranda keçirilən mətbuatkonfransında deyib.

Onun sözlərinə görə, İran qonşu ölkələrlə yaxın təmasdadır vəhər iki ölkə - Azərbaycan və Ermənistanla yaxşı münasibətlərəmalikdir.

Bəqai bildirib ki, İranın mənafeyi ilə birbaşa və ya dolayısıilə əlaqəsi olan proseslərdə bu ölkələrlə təmasda olmasıtəbiidir.

İran XİN rəsmisi qeyd edib ki, sülh razılaşmasının imzalanmasıməsələsinə gəldikdə, bu yeni məsələ deyil. İran bundan öncə də ikitərəfi sülh razılaşmasını imzalamağa təşviq edib. Bu gün və sabahİran və Ermənistan arasında yüksək səviyyədə məsləhətləşmələraparılacaq.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının PrezidentiDonald Tramp və Ermənistan Respublikasının Baş naziri NikolPaşinyan Azərbaycan Respublikasının Prezidenti və ErmənistanRespublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair BirgəBəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti DonaldTramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanlagörüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziriArarat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikasıarasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinədair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və AzərbaycanRespublikası və Ermənistan Respublikası xarici işlər nazirlərininATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesininbağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişəüzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və YüksəkSəviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. OnlarAzərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlərnazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minskkonfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi vəYüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)imzalayıblar.

Избранный
8
15
az.trend.az

10Источники