RU

NATO-nun baş katibi Alyaska danışıqlarını “Putin üçün sınaq” adlandırıb

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı həqiqətən Ukraynadakı münaqişəyə son qoymaqda qərarlı olub-olmadığını göstərəcək. Bunu NATO-nun baş katibi Mark Rütte deyib.

 Eyni zamanda, Şimali Atlantika Alyansının rəhbəri ümid edir ki, iki prezident arasında görüş sülh prosesində mühüm addım olacaq. Onun sözlərinə görə, bu baş verərsə, ərazilərlə bağlı danışıqların başlanğıcı ola bilər.

“Məsələ atəşkəsdən sonra necə hərəkət etmək olacaq... Söhbət ərazi məsələsinə gəldikdə, onların gələcək sazişdə tanınmasına – Rusiyanın de-fakto Ukrayna torpaqlarının bir hissəsinə nəzarət etməsinə – bu, siyasi de-yure deyil, de-fakto tanınma olmalıdır”, –Rütte ABC News-a müsahibəsində bildirib.

O bildirib ki, o,  Trampın Rusiyanın “hərbi münaqişəyə görə mükafatlandıracaq” razılaşmalara nail olmasına mane olmaq niyyətinə inanır. “Gələn cümə günü vacib olacaq, çünki bu, Putin üçün bir sınaq olacaq, görək o, bütün bu prosesə nə qədər ciddi yanaşır”, - Rütte qeyd edib.

Alyaskada danışıqlar avqustun 15-nə planlaşdırılıb.Vladimir Putin və amerikalı həmkarı Ukraynadakı münaqişənin həlli variantlarını müzakirə edəcəklər. Bu ba4rədə  Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Rizvan CƏFƏROV,

Azərbaycan

Избранный
28
6
azerbaijan-news.az

10Источники