Rusiya Amerikanı aldatmaq istəyir.
Interpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb.
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada planlaşdırılan görüş fonunda Ukrayna Prezidenti Volodimir Zelenski xəbərdarlıq edib.
“Biz rusların Amerikanı aldatmaq niyyətini anlayırıq – buna imkan verməyəcəyik”, – Zelenski axşam videomüraciətində bildirib.
O, həmçinin vurğulayıb ki, Ukraynada davam edən qətllərin yeganə səbəbi Putinin müharibə aparmaq və təmasda olduğu hər kəslə manipulyasiya etmək istəyi ilə bağlıdır.
Xuraman Etibarlı
Interpress.az