Siyəzəndə biraylıq körpə iynədən ölüb.
E-saglam.az Lent.az-a istinadla xəbər verir ki, Siyəzən şəhər sakini, biraylıq Əli Aqşin oğlu Novruzova iynə vurulub. İynədən sonra körpə ölüb.
Uşağın babası Camal Novruzov hüquq-mühafizə orqanlarına bununla bağlı şikayət edib.
Şikayətçi ərizəsində həmyerlisi 1958-ci il təvəllüdlü Mənsurə Cəlal qızı Ağayevanın onun nəvəsi Əli Novruzova iynə vurmasını, nəticədə nəvəsinin ölməsini bildirib.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
E-saglam.az