RU

“Prezident mürəkkəb beynəlxalq təzyiqlərə baxmayaraq milli maraqları qətiyyətlə müdafiə etdi” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Prezidenti əleyhinə genişmiqyaslı kampaniya aparılmışdır. ABŞ administrasiyası, xüsusilə Co Bayden və Antoni Blinken, müəyyən beynəlxalq dairələrlə əlaqəli olaraq, Azərbaycana qarşı açıq şəkildə mövqe sərgiləmiş və radikal yanaşma nümayiş etdirmişdir. Avropa İttifaqı daxilində müəyyən dəstək olsa da, Fransa Prezidenti Emmanuel Makronun Azərbaycana qarşı açıq düşmən münasibəti müşahidə olunmuşdur. Bununla yanaşı, Rusiya və İran tərəfindən də müxtəlif təzyiqlər mövcud olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Akif Nağı sözlərinə belə davam edib: “Belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycan Prezidenti dövlət maraqlarını qorumaqda ardıcıl və qətiyyətli siyasət həyata keçirmişdir. O, təhlükəli vəziyyətlərdə belə dövlətin maraqlarından geri çəkilməyəcəyini nümayiş etdirmiş, diplomatiyanın tələb olunduğu sahələrdə uğurlu addımlar atmışdır. Diplomatiya və siyasi gücün paralel şəkildə tətbiqi nəticəsində əldə olunan balans, sülh prosesində Azərbaycanın mövqeyini möhkəmləndirmişdir.

Nəticədə, Azərbaycan Prezidenti həm ABŞ və digər Qərb liderləri, həm də region dövlətləri qarşısında təşəbbüsü ələ alaraq, Ermənistan qarşısında müəyyən şərtlər irəli sürmüş və bu şərtlərin qəbul edilməsinə nail olmuşdur. Bu yanaşma rəqabət deyil, milli maraqların təmin olunması kimi qiymətləndirilməlidir.

Hazırkı beynəlxalq mühitdə Rusiya və ABŞ arasında davam edən qarşıdurma fonunda, Cənubi Qafqaz regionunda, o cümlədən Türkiyə ilə strateji tərəfdaşlıq çərçivəsində formalaşan geosiyasi vəziyyət Azərbaycanın mövqeyini daha da möhkəmləndirmişdir. Bu prosesin nəticələri, həm regional sabitlik, həm də beynəlxalq miqyasda qəbul olunma baxımından Azərbaycan Prezidenti üçün mühüm nailiyyət kimi qiymətləndirilə bilər”.

Ayşən Vəli

Избранный
45
50
sia.az

10Источники